Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb

23-06-2025, 18:10 6 dəfə baxılıb

Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb

Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.

Güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.

Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev "Report"un yerli bürosuna bildirib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:

"Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqon metr bəndin inşası nəzərdə tutulur".(Report)










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031