Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək

1-02-2024, 15:38 1 dəfə baxılıb

Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə hökumətin fevralın 1-də keçirilən iclasında bildirilib.

Məlumata görə, hökumət Axuryan hövzəsində qrunt sularının səviyyəsinin azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Buna nail olmaq üçün Araz çayından Metsamor atom elektrik stansiyasına (AES) suyun vurulması təklif olunub.

Qərarın əsaslandırılmasında göstərilib ki, suyun səviyyəsinin aşağı olması və iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri nəticəsində su ehtiyatının balanslaşdırılmış ekoloji vəziyyətinin pozulması, həmçinin mövcud artezian horizontlarının və çayda suyun azalması müşahidə olunur. Bu isə regionda su ehtiyatlarının tükənməsinə səbəb ola bilər.

Araz çayından hər il noyabrın 1-dən növbəti ilin martın 31-dək suyun Metsamor AES üçün götürülməsi təklif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930