16 yaşlı qızı qaçıran axund İŞDƏN ÇIXARILDI

25-06-2025, 09:16 10 dəfə baxılıb

16 yaşlı qızı qaçıran axund İŞDƏN ÇIXARILDI

16 yaşlı qızı qaçıran Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən məscidin imam müavini Turab Tahirov işdən çıxarılıb.

Müvafiq əmr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən imzalanıb.

Məlumatı Komitənin mətbuat xidməti də təsdiqləyib.

Qurumdan verilən açıqlamada bildirilir ki, Turab Tahirovun vəzifədən azad olunması barədə əmr "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndinə uyğun olaraq imzalanıb.

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndində göstərilir ki, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdiyi halda tutduğu vəzifədən uzaqlaşdırıla bilər", - açıqlamada deyilir

Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov məsciddə Quran kurslarında iştirak edən 16 yaşlı qız qaçırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031