Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir

26-07-2025, 13:02 4 dəfə baxılıb

Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir

Tailand Kamboca ilə sərhəddəki münaqişənin sülh yolu ilə həllində israr edir.

Bu barədə EFE agentliyi Tailandın xarici işlər naziri Maris Sanqiamponqsanın sözlərinə istinadən xəbər verir.

"Tailand mübahisələri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll etməyə hazır olduğunu təsdiqləyir", - o bildirib.

Ötən gün Tailandın sərhəd komandanlığı Kamboca ilə sərhəddə yerləşən Çanthaburi və Trat əyalətlərinin səkkiz bölgəsində hərbi vəziyyət elan edib.

Son məlumatlara görə, qarşıdurma nəticəsində Tailandda 13-ü mülki şəxs, 6-sı hərbçi olmaqla 19 nəfər, Kambocada isə 13 nəfər, o cümlədən 8 mülki şəxs və 5 hərbçi həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930