Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

30-08-2025, 10:01 16 dəfə baxılıb

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Bu gün Misli Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" evdə "Kəpəz"i qəbul edəcək. 

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək.

Günün sonuncu görüşü "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Qəbələ" arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi oyun saat 20:30-da başlayacaq.

Misli Premyer Liqası

1-ci dövrə, III tur

30 avqust

18:00. "Zirə" – "Kəpəz"

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

20:30. "Araz-Naxçıvan" – "Qəbələ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elman Musayev.

Liv Bona Dea Arena

Qeyd edək ki, III turun daha əvvəl baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qonaqlar qələbəyə sevinib - 0:1. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930