Hərbi Dəniz Qüvvələrində gəmi döyüş təlimləri keçirilib

6-09-2025, 11:07 4 dəfə baxılıb

Hərbi Dəniz Qüvvələrində gəmi döyüş təlimləri keçirilib


Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) "Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili" və "Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili" mövzularında təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiya əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də gəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanı davamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaq olub.

Təlimlərdə həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıq vəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların ərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib. Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə də gəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiq ediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.

Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031