Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşub, yaralılar var - YENİLƏNİB

8-09-2025, 09:02 8 dəfə baxılıb

Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşub, yaralılar var - YENİLƏNİB


07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu haqda TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Çağırışa gedən təcili tibbi yardım avtomobili arxadan minik maşınına çırpılıb. Qəza zaman təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim və daha bir nəfər yüngül xəsarət alıb.(Apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031