Ağalıda səs verəcək ən yaşlı seçici məlum olub - FOTO

2-02-2024, 12:39 0 dəfə baxılıb

 

Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır.

Bunu “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqənin sədri Mübariz Fərhadov deyib.

Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək.

M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkidə 1 206 nəfər seçici səs verəcək:

“Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”.

Məntəqədə veb-kameraların quraşdırıldığını və seçkinin tam şəffaf keçirilməsi üçün bütün şəraitin olduğunu deyən Mübariz Fərhadov əlavə edib ki, illərdir həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq çox qürurverici haldır:

“30 il keçməsinə baxmayaraq, Allah bizə öz yurdumuza qayıtmağı nəsib etdi. Ağalı camaatı yüksək əhvali-ruhiyyə ilə 7 fevralda keçiriləcək seçkilərə hazırlaşır və hər kəs səbirsizliklə öz namizədinə səs vermək üçün seçki gününü gözləyir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930