Milli Məclisin sədri Malayziyada forumda çıxış edib

17-09-2025, 18:41 5 dəfə baxılıb

Milli Məclisin sədri Malayziyada forumda çıxış edib


Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda Azərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan qadınların hüquqlarının və qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir. Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ vermişdir. 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Sahibə Qafarova deyib ki, Azərbaycan Milli Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak edərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü dəstək verir. O cümlədən, Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın 2019-cu ildə Bakıda keçirilmiş Doqquzuncu Plenar Sessiyasında yaradılıb. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli Məclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digər parlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq çərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı Qrupunun işində fəal iştirak edirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova qeyd edib ki, bugünkü müzakirələr beynəlxalq əməkdaşlığın - qadın parlamentarilər arasında birgə fəaliyyətin və ən yaxşı təcrübələrin mübadiləsinin vacibliyini bir daha nümayiş etdirir. O, xatırladıb ki, bu ilin iyul ayında İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaq tərəfindən keçirilmiş Qadın Parlament Sədrlərinin 15-ci Sammiti də bu yanaşmanın zəruriliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930