Goranboyda ağır qəza - Xəsarət alanlar var

26-09-2025, 15:33 8 dəfə baxılıb

Goranboyda ağır qəza - Xəsarət alanlar var

Goranboyda yol qəzası baş verib.

Hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" ilə "Naz Lifan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanada tibbi müayinə edildikdən sonra onlar evə buraxılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031