Oqtay Şirəliyevin yerinə təyinat olacaq

7-10-2025, 13:14 1 dəfə baxılıb

 

Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Azerinews.az" xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930