Prezidentdən siyasi partiyalarla bağlı - Fərman

9-12-2024, 14:03 0 dəfə baxılıb

Prezidentdən siyasi partiyalarla bağlı - Fərman
Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycanın 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilib.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci (hər iki halda) və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.2.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
1.3. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;
1.3.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.4. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “15.9.1-2-ci” sözlərindən sonra “, 17.1-ci (hər iki halda) və 17.2-ci” sözləri əlavə edilsin;
3.2. 2.4-cü bənd üzrə:
3.2.1. birinci abzasdan “17-ci maddəsində (birinci halda),” sözləri çıxarılsın və həmin abzasa “keçirirlər” sözündən sonra “və həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri əlavə edilsin;
3.2.2. 2.4.1-ci yarımbənddə “münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla,” sözləri “(o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən” sözləri ilə əvəz edilsin;
3.2.3. 2.4.2-ci yarımbənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;
3.3. 2.9-cu bənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;
3.4. 2.14-1-ci bənd üzrə:
3.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“2.14-1. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:”;
3.4.2. 2.14-1.1-ci yarımbəndə ikinci halda “Nazirliyi” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri əlavə edilsin;
3.5. aşağıdakı məzmunda 2.14-2-ci bənd əlavə edilsin:
“2.14-2. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031