Şahdağ və Kəlbəcərə qar yağıb

22-10-2025, 11:39 26 dəfə baxılıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərə - Şahdağ və Kəlbəcərə isə qar yağıb.

Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir, Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031