Naxçıvanda yeni regional mədəniyyət idarələri yaradıldı

12-11-2025, 15:16 6 dəfə baxılıb

 

Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.

“Azerinews.az” Modern.az-a istinadən xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.

Yeni Sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb.

Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.

Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930