Azərbaycanda bu qədər insanın səsvermə hüququ var

6-02-2024, 14:56 3 dəfə baxılıb

“Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var”.

“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər:

“Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir”.

“Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur. Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydə alınıb”, - MSK sədri əlavə edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031