Zelenskidən İlham Əliyevə təbrik

8-02-2024, 12:42 5 dəfə baxılıb

 

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar arzulayıram”.

"Azerinews.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.

“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi yüksək qiymətləndirirəm”, - Zelenski qeyd edib.

O, Ukrayna ilə Azərbaycanın strateji əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031