TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin iclası keçirildi - Fotolar

5-12-2025, 16:02 4 dəfə baxılıb

 

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib.

“Azerinews.az” xəbər verir ki, “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi ölkəmizin prioritetlərindən biridir: “Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır”.

Nazir son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını, dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətləri, DOST konsepsiyasının üstünlüklərini, işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təminatı üçün görülən işləri diqqətə çatdırıb.

O, Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları Təşkilata üzv dövlətlərlə bölüşməkdə, habelə həmin dövlətlərin bu sahədə qazandığı təcrübəni öyrənməkdə maraqlı olduğunu qeyd edib. Bu günki görüşün ölkələrimiz üçün daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfə verəcəyinə əminliyini bildirib.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin mühüm prioritetlərdən olduğunu və hazırki iclasın bu məqsədə xidmət etdiyini vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930