Rusiyalı sülhməramlıların Azərbaycanda harada səs verəcəyi bəlli oldu

12-02-2024, 11:27 2 dəfə baxılıb

 

“Azərbaycanda yaşayan Rusiya vətəndaşları prezident seçkisində Rusiya səfirliyindəki seçki məntəqəsində, həmçinin iki səyyar seçki məntəqəsində səs verə biləcəklər”.

Bu açıqlamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.

“Ənənəvi olaraq biz seçki məntəqəsini səfirlikdə açırıq, o, martın 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq. Və adət üzrə iki səyyar məntəqənin təşkili ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlinib”, - deyə rusiyalı diplomat əlavə edib.

Mixail Yevdokimov əlavə edib ki, Rusiya sülhməramlıları Gəncə və Xankəndidəki stasionar seçki məntəqələrində səs verəcəklər.  

Mənbə: “İzvestiya”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031