Nazirdən “Neftçi”yə dəstək - Paylaşımı

18-04-2026, 12:35 10 dəfə baxılıb

 

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında dünənki qalmaqallı oyunla bağlı “Neftçi” klubuna dəstək olan paylaşım edib.

“Azerinews.az” xəbər verir ki, “Neftçi”nin Müşahidə Şurasının üzvü olan nazir “Neftçi”nin loqosunu paylaşmaqla “Zirə” ilə dünənki oyunda baş verənlərə laqeyd qalmadığını göstərib.

Qeyd edək ki, Premyer Liqanın “Zirə” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb. Qonaqlar son dəqiqələrə kimi öndə olsalar da, “Zirə”nin futbolçusu Brahim Konate 90+4-cü dəqiqədə hesabı bərabərləşdirib.

Qalmaqal da elə bundan sonra başlayıb. Belə ki, qonaqlar həmin qolun ofsayddan vurulduğunu iddia ediblər. Etiraz etdikləri üçün baş məşqçi Yuri Vernidub və texniki zonada yer alan bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan qovulublar.

Oyundan sonra idman ictimaiyyətinin böyük hissəsi də qolu qaydalardan kənar hesab etdiklərini, hakimin düzgün qərar vermədiyini deyiblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930