Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

15-05-2026, 10:36 60 dəfə baxılıb

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun mayın 18-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031