Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15-05-2026, 11:56 61 dəfə baxılıb

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə iki günlük danışıqlardan sonra bu gün Pekini tərk edib.

Trampı hava limanında Çinin xarici işlər naziri Van İ yola salıb.

Qeyd edək ki, Trampın Çinə səfəri ABŞ və İsrail qüvvələrinin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra yaranan Yaxın Şərq münaqişəsi fonunda baş verib.

Çin regionda dialoqa çağırış edib. Vaşinqton isə Pekini İranın hərbi və iqtisadi imkanlarını dəstəkləməkdə ittiham edib.

Mart ayının sonlarına planlaşdırılan, lakin İran müharibəsi səbəbindən təxirə salınan Trampın səfərı mayın 13-də baş tutub. Bu səfər ABŞ Prezidentinin doqquz ildən sonra Çinə ilk səfəri olub. Tramp sonuncu dəfə Pekinə 2017-ci ildə səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031