Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq

16-05-2026, 12:23 64 dəfə baxılıb

Metroda zarafat edənlər cərimələnəcəklər -  Ciddi xəbərdarlıq

Metroda bu düymə zarafat üçün deyil. "Maşinistlə əlaqə" rabitə düyməsi fövqəladə hallarda maşinistə məlumat vermək üçündür.

Metroda maşinist kimi çalışan Səlim Rüstəmov deyir ki, bəzi sərnişinlər, xüsusilə gənclər, maşinistlə əlaqə düyməsini ehtiyac olmadan sıxırlar. Amma onlar fərqində belə deyillər ki, maşinistin işi yalnız qatar idarə etməkdən ibarət deyil.

Yeraltı nəqliyyatda gün ərzində 8 saat qatar idarə edən maşinist sərnişinlərin qəribə istəklərindən də danışdı:

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun deyir ki, İnzibati Xətalar Məcəlləsində maşinistlə əsassız şəkildə əlaqə yaratmağa görə müvafiq cərimələr nəzərdə tutulub.

Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlər "maşinistlə əlaqə" düyməsindən istifadə edərkən məsuliyyətli və diqqətli olmalıdırlar.(XəzərTV)

Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031