BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var

21-05-2026, 13:32 78 dəfə baxılıb

BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var

Dünya Bankı ölkələrində yüksək urbanizasiya, aşağı iqlim dayanıqlılığı müşahidə olunur.

Bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

"Beləliklə, iqlim dəyişikliyi intensivləşdikcə və eyni zamanda urbanizasiya, xüsusilə münaqişələrdən zərər çəkmiş və kövrək regionlarda sürətləndikcə, bu şəraitdə olan ölkələr adətən ən sürətlə şəhərləşən ölkələr olur. Dünya Bankının kövrək və münaqişədən zərər çəkmiş ölkələr siyahısına daxil olan bütün dövlətlərdə (Ukrayna istisna olmaqla) urbanizasiya səviyyəsi dünya ortalamasından yüksəkdir. Eyni zamanda, Notre Dame İqlim Həssaslığı İndeksinə əsasən, bu ölkələr iqlimə qarşı son dərəcə həssasdır və iqlimə dayanıqlılıq baxımından siyahının ən aşağı sıralarında yer alır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930