Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

22-05-2026, 09:15 65 dəfə baxılıb

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

Hondurasda iki silahlı hücum nəticəsində altısı polis olmaqla, 25 nəfər həlak olub.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Sky News" məlumat yayıb.

Məlumata görə, ilk insident ölkənin şimalındakı Truxilyo bələdiyyəsində yerləşən plantasiyada baş verib. Naməlum şəxslər işçilərə atəş açıb, nəticədə azı 19 nəfər həlak olub. Qurbanların dəqiq sayı hələlik müəyyən edilməyib, çünki qohumlar cəsədlərin bir qismini artıq hadisə yerindən aparıblar.

İkinci hücum Qvatemala ilə sərhəd yaxınlığında, Kortes departamentinin Omoa bələdiyyəsində baş verib. Silahlı şəxslər quldur dəstələrinə qarşı əməliyyatda iştirak etmək üçün paytaxt Tequsiqalpadan yola düşən polis əməkdaşlarına hücum ediblər. Nəticədə altı polis, o cümlədən yüksək rütbəli zabit həlak olub.

Hondurasın Təhlükəsizlik Nazirliyi hücumların baş verdiyi ərazilərə polis və silahlı qüvvələrin bölmələrinin göndərildiyini açıqlayıb.

İnsidentlərin araşdırılması üçün kriminalistlərin və prokurorların iştirakı ilə xüsusi qruplar yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930