Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

14-02-2024, 13:44 11 dəfə baxılıb


Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və birinci xanım ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031