Rusiyadan Ermənistanla Azərbaycana daha bir çağırış
“Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında şərti sərhəddə baş verən son gərginlikdən ciddi narahatdır”.
“Azerinews.az” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, rəsmi Moskva İrəvan və Bakını təmkinli olmağa çağırır.
Zaxarova qeyd edib ki, bütün yaranan məsələləri istisna olaraq dinc, siyasi-diplomatik yolla həll etmək zəruridir: “Baş verənlər Azərbaycan və Ermənistanın 2020-2022-ci illər arasında yüksək səviyyədə bağlanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə tezliklə qayıtmalı olduqları zərurətini bir daha təsdiq edir”.
Xatırladaq ki, bundan əvvəl Kreml təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini qeyd edib və məsələni diqqətlə izləyəcəklərini vurğulayıb.