Polşada ilk dəfə Xocalı qətliamı haqqında məlumat verilib - FOTO

26-02-2024, 11:07 13 dəfə baxılıb

 

Polşanın paytaxtı Varşavada Müqəddəs Evangelist Luka kilsəsində Xocalı qətliamının 32-ci ildönümü yad edilib.

"Azerinews.az" xəbər verir ki, xristian dünyasında ilk dəfədir ki, kilsələrdə erməni terrorçuları tərəfindən törədilən Xocalı faciəsi bu cür yada salınıb.

Mərasim Polşa Azərbaycanlıları Şurasının maarifləndirilməsi ilə gerçəkləşdirib. Kilsənin baş keşişi katoliklərin müqəddəs məkanına təşrif buyurmuş 200-dən çox polyaka Xocalı faciəsi barədə məlumat verib, qanlı hadisələrə görə çox kədərləndiyini açıqlayıb. Daha sonra Xocalı qətliamın qurbanları üçün dualar oxunub.

Sonda Polşa Azərbaycanlıları Şurası sədri Fərid Cəfərli çıxış edərək kilsə rəhbərliyinə obyektivliyinə görə təşəkkürünü bildirib, bu cür addımların Polşa-Azərbaycan əlaqələrini yeni mərhələyə çıxaracağını bildirib.

Mərasimdən sonra kilsənin önündə Xocalı faciəsinə həsr olunmuş plakatlar sərgilənib, ətrafdakılara polyak və ingilis dilində hadisənin gerçəkləri barədə ətraflı məlumat təqdim olunub, kitabçalar paylanılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031