Quru sərhədlərlə bağlı yenilik olacaq? - Baş nazir açıqladı

15-03-2024, 17:02 208 dəfə baxılıb

 

“Əvvəla onu deyim ki, 2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-in həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, dünya üzrə bu 3,1 olub”.

“Azerinews.az” xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.

Onun sözlərinə görə, adambaşına düşən ÜDM-in həcmi  0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır: “Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa, bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”. 

 ***

Baş nazir Əli Əsədov əlavə edib ki, 2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır: “Mən buna imza atmışam. Bu qanunauyğun olaraq Baş nazir kimi səlahiyyətimdir”. 

O bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir: “Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930