Azərbaycanın quru sərhədlərini bağlı saxlamasına Gürcüstandan reaksiya 

17-03-2024, 11:32 83 dəfə baxılıb

 “Azərbaycanın quru sərhədərinin açılması ilə bağlı müvafiq qərarı olarsa, biz bunu alqışlayarıq”.

Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili yerli jurnalistlərin sualına cavabında deyib. 

XİN başçısı qeyd edib ki, Azərbaycanın quru sərhədlərinin qapalı saxlamasının səbəbinin nə ilə bağlı olduğunu bilmir. 

“Gürcüstana strateji tərəfdaşımız olan qonşu Azərbaycandan çoxlu ziyarətçilər gəlirdi və biz bunun davam etməsini istəyirik. Azərbaycanın quru sərhədləri ilə bağlı konkret arqumentləri var və bu yalnız Gürcüstana aid deyil”, - İ.Darçiaşvili bildirib. 

Nazirin sözlərinə görə, koronavirus sərhədlərin bağlanmasının səbəblərindən biri olub: “Daha sonra siz bilirsiniz regionda təlükəsizlik baxımından proseslər necə inkişaf edib. Buna görə də Azərbaycanın qərarının hansı səbəblə qəbul edildiyini söyləyə bilmərəm. Sərhədlərin açılması barədə qərar verilsə, biz bunu alqışlayarıq və Azərbaycan vətəndaşları Gürcüstana daha asan gələ biləcəklər”.

Qeyd: Azərbaycan hökumətinin bugünkü qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadlıb. Həmin tarixə qədər Azərbaycanın quru sərhədləri bağlı qalacaq. Öncəki qərarla müddət aprelin 2-də bitirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930