Kamran Əliyev “Crocus”dakı terrordan danışdı

4-04-2024, 11:09 130 dəfə baxılıb

 “Moskvada “Crocus City Hall”un konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb”.

“Azerinews.az”ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşündə deyib.

Baş prokuror terror aktını şiddətlə qınayıb, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə şəfa diləyib.

Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 144 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031