Səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb

11-01-2024, 12:00 4 dəfə baxılıb

“Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb”.

“azerinews.az” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  Prezident İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Vətən müharibəsi zəfərlə başa çatıb.

Qurum sədri bildirib ki, milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib.

Ə.İsmayılov qeyd edib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb:

“Yeri gəlmişkən dünən İlham Əliyev yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirib, bu mərhələni dövləçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək”.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031