ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

18-04-2024, 10:53 103 dəfə baxılıb

 ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.

“Azerinews.az” “News.am”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. 

Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmayıb: “Rusiyalı hərbçilərin daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyinə işarə edən heç nə görməmişik. ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaqla bağlı səylərini qətiyyətlə dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930