Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI

30-04-2024, 12:59 107 dəfə baxılıb

 Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.

 "Azerinews.az" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

 "Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi haqqında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - o bildirib.

 Qeyd edək ki, aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Həmçinin, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı razılıq əldə olunub. Artıq proses başlayıb.

 Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930