Almaniyada COP29-la bağlı konfrans keçirilib - Fotolar

3-05-2024, 14:30 89 dəfə baxılıb

 

Azərbaycanın ev sahibliyi edəcək COP29-a beynəlxalq vətəndaş cəmiyyətinin hazırlıq prosesi çərçivəsində LINKS – Avropa Fondu tərəfindən mayın 3-də Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib.

“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda BMT-nin, Avropa İttifaqının, həmçinin nüfuzlu qeyri-hökumət təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin iqlim üzrə baş danışıqçısı Hana Əl-Haşimi, COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai, Almaniya Xarici İşlər Nazirliyinin Enerji üzrə xarici siyasət idarəsinin müdiri Markus Hiken çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə gələcəyin münaqişələri arasında ciddi qarşılıqlı əlaqənin olduğu bildirilərək, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində bu kimi yeni qlobal çağırışlara birgə cavabların axtarılmasının vacibliyi qeyd olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930