Rusiya MN Ukraynanın builki itkilərini açıqlayıb
2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 111 min nəfəri, 21 min ədəd silah və hərbi texnikanı ötüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, aprel ayında Ukrayna Silahlı Qüvvələrinin gündəlik itkiləri min hərbçiyə qədər artıb.
Şoyqu ilin əvvəlindən Rusiya Silahlı Qüvvələrinin Ukraynanın 547 kvadratmetr ərazisini nəzarətə götürdüyünü söyləyib.
"Son iki həftə ərzində Rusiya qoşunları Donbassda Novobaxmutovka, Semenovka, Berdıçi yaşayış məntəqlərini azad edib.
Rusiya Silahlı Qüvvələrinin qrupları bütün təmas xətti boyunca Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələri sistemini sındırmaqda davam edir. Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin hücumu altında geri çəkilir", deyə Rusiya MN başçısı vurğulayıb.
Şoyqu qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun Rusiyanın hücumunu dayandırmağı tələb edir.