Paşinyanın həbs edilməsi tələb olunur

3-05-2024, 15:38 92 dəfə baxılıb

 

Ermənistanın Baş Prokurorluğu Tavuş  hadisələri ilə bağlı Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Milli Təhlükəsizlik Xidmətinə tələb göndərib.

 "Azerinews.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, prokurorluq Paşinyan Ermənistan-Azərbaycan delimitasiyasına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. O qeyd edib ki, cinayət işinin başlanması və ya başlanmasından imtina edilməsi məsələsinə yalnız Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra baxılacaq.

 Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Baş Prokurorluğa ərizə təqdim edib. Onların iddiasına görə, Ermənistanda ərazi dəyişikliyi məsələləri yalnız referendum yolu ilə həll olunur.

 Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930