Azərbaycanda işdən çıxarılan generalın yerinə oğlu təyin edildi - FOTO

15-01-2024, 11:42 3 dəfə baxılıb

İşdən azad edilmiş Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadənin yerinə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.

Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə, həmçinin, 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031