Cahit Bağçı: “Zamanı gələndə Xankəndidə konsulluq açacağıq”

10-05-2024, 13:00 110 dəfə baxılıb

 “Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır”.

"Azerinews.az" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

“Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq”.

Bundan başqa səfir azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin çalışması məsələsinə də münasibət bildirib:

“Prezident İlham Əliyev demişdi ki, haqlı mübarizəmizdə kim yanımızda olubsa, azad olunmuş ərazilərdə də onlarla işləyəcəyik. Bu baxımdan bu gün həmin ərazilərdə bir çox sahələrdə Türkiyə şirkətləri işləyirlər. İstər yolların, su kanallarının çəkilməsi, istərsə də infrastruktur layihələrində şirkətlərimiz canla-başla çalışırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930