Güneyli fəalın evinə basqından sonra ailə üzvləri həbs ediliblər - FOTO

13-05-2024, 11:16 113 dəfə baxılıb

 

Almaniyada yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehdi Kuxianın anası və bacısı Firəngiz Fəthi və Əkrəm Kuxian dünən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) şəhərində repressiv qüvvələr tərəfindən həbs ediliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Bu gün anamın evinə iki dəfə hücum olunub. İlk dəfə beş repressiv hökumət məmuru evə girərək elektron cihazları götürüb anamın və bacımın üzərinə gözyaşardırıcı qaz sıxıblar. İkinci hücum isə bir neçə dəqiqə öncə baş verib ki, təhlükəsizlik və polis qüvvələrinin 25 əməkdaşı evin qapısını vəhşicəsinə qıraraq anamı və bacımı tutub naməlum yerə aparıblar”, - deyə Mehdi Kuxian “Instagram” hesabında paylaşımında yazıb.

Onun sözlərinə görə, təhlükəsizlik orqanları qardaşının avtomobili və sənədlərini də ələ keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930