4 ölkənin XİN başçısı Gürcüstana səfər edəcək

14-05-2024, 11:32 134 dəfə baxılıb

 

Mayın 15-də Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri Gürcüstana gələcəklər.

 "Azerinews.az" xəbər verir ki, bu barədə "Exo Kavkaza" məlumat yayıb.

 İşgüzar səfər çərçivəsində Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və parlamentdəki müxalifət partiyalarının nümayəndələri ilə birgə görüşlər keçirəcəklər.

 Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə də görüşlər nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031