Gürcüstan parlamentinin sədri onlara təşəkkür etdi

19-04-2024, 11:37 133 dəfə baxılıb

 “Nümayişlərdə polisi təxribata çəkmək istəyən radikal qruplar var”.

“Azerinews.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Papuaşvili açıqlamasında bunları qeyd edib:

“Bu günlərdə yüksək peşəkarlıq nümayiş etdirən, bütün provakasiyalara baxmayaraq, mitinqdə ifadə azadlığının qorunmasını və vətəndaşların təhlükəsizliyini təmin edən polislərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gündür Gürcüstan parlamenti qarşısında “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin müzakirəsi ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Bildirilir ki, layihəyə müxalifət, qeyri-hökumət təşkilatları və Gürcüstanın qərb tərəfdaşları etiraz edirlər.

Dünən isə parlamentdə qalmaqallı qanun layihəsi birinci oxunuşda qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930