İranın Azərbaycandakı səfirliyində bayraq endirilib - FOTO

20-05-2024, 11:08 119 dəfə baxılıb

 İranın Azərbaycandakı səfirliyinin binası önündə adı çəkilən ölkənin dövlət bayrağı endirilib.

"Azerinews.az" xəbər verir ki, bu addım adı çəkilən ölkənin Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopterin qəzaya uğraması münasibətilə matəm əlaməti olaraq atılıb.

Xatırladaq ki, İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da qəzaya uğrayıb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930