Azərbaycanda ilk dəfə COP 29 çərçivəsində yeni ixtisaslar yaradılır

24-06-2024, 17:31 151 dəfə baxılıb

Azərbaycanda ilk dəfə olaraq Peşə Təhsil sistemində COP 29 ili çərçivəsində yeni ixtisaslar yaradılır.

"Azerinews.az" xəbər verir ki, bunu iyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə Mərkəzin direktoru Kənan Bağırov deyib.

lkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur"- K. Bağırov bildirib.

Qeyd edilib ki, İsveçrə universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930