13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib
“2023-cü il ərzində 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib”.
“Azerinews.az” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
Onun sözlərinə görə, beş ildən bir müvafiq komissiyalar tərəfindən ali məktəblərin akkreditasiyası həyata keçirilir. 271 meyar üzrə qiymətləndirmə aparılır.
Bura Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti daxildir.
***
Tural Əhmədov bildirib ki, Azərbaycanda 4 ali təhsil müəssisəsində dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramı həyata keçirilir.
Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlanılıb: “Bunlar ADA -Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti - Koreyanın İNHA, Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti - Ege Universitetidir”.