Uşaqlarda internet asılılığının təhlükəli nəticələri

25-06-2024, 10:28 113 dəfə baxılıb

 

"Uşaqların həddindən artıq rəqəmsal məzmundan istifadə etməsi bir sıra mənfi təsirlərə səbəb ola bilər".

Bu sözləri Rusiyanın Pediatrlar İttifaqının üzvü Dmitri Malıx bildirib.

Onun sözlərinə görə, uşaq həyətdə dostları ilə gəzməkdənsə, sosial şəbəkələrə üstünlük verirsə, bu, onun səhhətini pisləşdirə bilər.

"İnternetdən və smartfonlardan asılılıq akademik performansı pisləşdirə, yaddaşı azalda və ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Çox vaxt indiki uşaqlar həyətdə müxtəlif oyunlar oynamaq əvəzinə sosial şəbəkələri seçir", - deyə Malıx qeyd edib.

O əlavə edib ki, bu tendensiya davam edərsə, yaxın onillikdə xəstəliklərin beynəlxalq təsnifatında yenisi - məsələn, alkoqol və nikotin asılılığı ilə eyni səviyyədə olan rəqəmsal asılılıq kimi bir xəstəlik meydana çıxacaq.

Mənbə: news.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031