Şuşada gənclərlə bağlı beynəlxalq forum keçirilir

25-06-2024, 11:49 128 dəfə baxılıb

 Şuşa şəhərində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə "By Youth For Youth" adlı beynəlxalq forum başlayıb.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ICESCO rəhbərliyi və katibliyi, müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və 55 ölkədən 160-dan çox gənc iştirak edir.

Forumun məqsədi İslam dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

İyunun 26-da isə Bakı şəhərində tədbirin panel müzakirələri, təqdimatlar və bağlanış mərasimi baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031