Xəzər dənizi ilə bağlı daha bir təhlükə yaranıb, suyun səviyyəsi 3,7 metr enə bilər

2-11-2023, 16:24 10 dəfə baxılıb

"2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər. Ssenariyə görə əgər ölkələr heç bir tədbirlər görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər".

"Azerinews.az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

O bildirib ki, burada modelləşdirmə işləri vacibdir: "Ssenari və qiymətləndirmələr var, lakin nəticələr müxtəlifdir. Məlumatların hamısı ümumiləşdirilib ortaq məxrəcə gəlinməlidir ki, daha dəqiq informasiya əldə edilsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031