Bu dəmir yolu Azərbaycanı Naxçıvana birləşdirmək üçün...

23-08-2024, 12:32 2 dəfə baxılıb


Horadiz-Ağbənd dəmiryolu layihəsi həm beynəlxalq kommunikasiya xətləri, həm də daxili logistika baxımından strateji əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.

O bildirib ki, daxili logistikanın optimallaşdırılması sayəsində ölkəmizdə istehsal olunan məhsulların sürətli və etibarlı şəkildə beynəlxalq bazarlara çıxışı təmin olunacaq və bu, ölkəmizin iqtisadiyyatına böyük təsir göstərəcək:

"Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirir və regionda sülh və sabitlik proseslərinə töhfə verir. Bu layihə fiziki olaraq Azərbaycanı Naxçıvana birləşdirmək, eləcə də, ölkəmizin Avropa və Asiya arasındakı əsas yollardan birinə çevrilmək üçün böyük potensiala malikdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031