Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

23-08-2024, 18:00 0 dəfə baxılıb

Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-Oğuz, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Şəki-Qəbələ, Şəki-Bərdə, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər sentyabrın 21-i, saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri

Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı və Bakı-Cəlilabad istiqamətlərində 5 Lot üzrə oktyabrın 8-də;

Bakı-Cəlilabad, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki və Sumqayıt-Oğuz istiqamətlərində 4 Lot üzrə oktyabrın 11-də;

Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən və Bakı-Ağdaş istiqamətlərində 4 Lot üzrə oktyabrın 15-də;

Bakı-Oğuz, Salyan-Gəncə, Şəki-Qəbələ və Şəki-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 18-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.("Report")






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930