Sabah MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edilib ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 2 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.